Niderlandın xarici işlər naziri istefa verdi

Niderlandın xarici işlər naziri Halbe Zeylstra istefa verib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, onun 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü barədə dediyi yalan üzə çıxıb.

49 yaşlı nazir səhvini etiraf edib və millət vəkilləri qarşısında gözüyaşlı şəkildə çıxış edərək istefa verməkdən başqa çıxışının olmadığını söyləyib.

Qeyd edək ki, H.Zeylstra 4 ay öncə nazir vəzifəsinə təyin edilmişdi. Onun sabah Moskvaya rəsmi səfəri olacaqdı.

13.02.2018 22:32 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo