Fələstin İsraillə birbaşa danışıqlara hazır olduğunu bəyan edib

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. 

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.  

13.02.2018 22:17 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo