Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir

“Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir. Bu, Vaşinqtonun PYD və YPG terrorçularına münasibəti ilə bağlıdır”.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, Afrində əməliyyatlar başladığı gündən Türkiyə ABŞ-la səmimi olub: “Amma Ağ Ev administrasiyası əvvəllər olduğu kimi Türkiyə ilə münasibətdə öz vədinə sadiq qalmayıb. ABŞ Türkiyənin tələblərini yerinə yetirməli, Suriyada PYD və YPG terrorçularına dəstəyi dayandırmalıdır. ABŞ Türkiyənin maraqlarına hörmət etməlidir”.

13.02.2018 21:48 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo