AN-148in qəzaya uğrama səbəbi açıqlandı

“AN-148”in qəzaya uğrama səbəbi açıqlanıb.

Azadinform xəbər verir ki, Beynəlxalq Aviasiya Komitəsinin məlumatına görə,  “Saratov Hava Yolları”na məxsus “AN-148” təyyarəsinin qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub.

Beynəlxalq Aviasiya Komitəsinin məlumatında daha sonra bildirilir ki, ilkin analizlərin nəticələri məlumdur: “Uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub. Qara qutuda “AN-148”əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə göyə qalxandan dərhal sonra işə salınıb”.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü həlak olub.

13.02.2018 21:36 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo