Amerikalı alimlər: "Dünyanı su basacaq"

Əsrin sonlarına qədər dünya okeanında suyun səviyyəsi yarım metrdən çox qalxacaq. Bu da sahilyanı şəhərlərin və adaların qlobal daşqınlara məruz qalacağı təhlükəsini yaradır.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, Boulder şəhərindəki Kolorado Universitetinin amerikalı klimatoloqları bu nəticəyə gəliblər.

Onların "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilən araşdırmalarına görə, aeromüşahidələrə əsaslanaraq qurulan dinamik modullar vasitəsilə alimlər dəniz səviyyəsinin ildə 2,9 millimetrə qədər qalxdığını müəyyənləşdirə bilib.

Son 25 ildə isə bu göstərici orta hesabla ildə 0,084 millimetr olub. Əldə edilmiş nəticələrə əsasən, alimlər belə qənaətə gəliblər ki, 2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri ilə müqayisədə 65 santimetr qalxacaq.

Alimlər hesab edirlər ki, suyun səviyyəsinin qalxması nəticəsində baş verəcək daşqınlar Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsinə zərbə vuracaq. Onlar gələcək kataklizmlərin səbəbi kimi qlobal istiləşmə səbəbindən Qrenlandiya və Antarktidada buzlaqların dəhşətli dərəcədə əriməsini göstəriblər.

13.02.2018 21:23 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo