Türkiyənin Afrindəki əməliyyatı İŞİD-lə mübarizəyə mənfi təsir edib

Türkiyə ordusunun  Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib.

Azadinform-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Küveytdə koalisiya ölkələrinin nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.   

“Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir. Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”, - deyə R.Tillerson qeyd edib.  

13.02.2018 21:09 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo