Bakı Metropolitenində qadın relsin üstünə düşüb

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında 42  yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyərək, bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

""Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”, - deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. 

Hazırda qatarlar normal iş rejimində hərəkət edir. (apa)

13.02.2018 20:54 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo