Sitrus meyvəçiliyin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

AZADİNFORM. Prezident İlham Əliyev fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Azadinform xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

13.02.2018 19:45 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo