DİM-dən müraciət Bu namizədlər qeydiyyatını ləğv etməlidir

Samir Soltanov/AZADİNFORM. Dövlət orqanlarının regionlarda yerləşən struktur bölmələrində olan müsabiqənin müsahibə mərhələsinə çıxarılmış vakant vəzifələr üzrə müsahibələr regionlarda keçiriləcək. 

DİM-dən Azadinform-a verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş, lakin regionlarda keçiriləcək müsahibələrdə iştirak edə bilməyəcək namizədlər qeydiyyatlarını ləğv etməlidirlər. 

Müvafiq vəzifələr üzrə qeydiyyatın ləğvini 15 fevral 2018-ci il, saat 18:00 dək “Dövlət qulluğu üzrə müraciət Forması”na daxil olub həyata keçirə bilərsiniz.

13.02.2018 18:00 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo