Ermənistanın Azərbaycanın tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur

Samir Soltanov/AZADİNFORM. “Ermənistanın Azərbaycanın tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur”. 

Azadinform xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət nəticəsində regionda keçirilən bütün layihələrdən, o cümlədən nəqliyyat dəhlizlərinə qoşulmaqdan tam təcrid olunub: “Onlar ümid edirdilər ki, İran Ermənistan vasitəsilə yüklərin daşınmasını təşkil edəcək və nəqliyyat dəhlizi rolu oynayacaqlar. Ancaq görülən işlər, Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət Ermənistanı bu dəhlizlərdən tamamilə təcrid edib. Onların Azərbaycanın iştirak etdiyi tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur”, - deyə nazir bildirib.

13.02.2018 17:30 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo