İnzibati vəzifələr üzrə test imtahanında iştirak üçün "buraxılış vərəqəsi verilir

Samir Soltanov/AZADİNFORM. İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 18 fevral 2018-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

DİM-dən Azadinform-a verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçünhttp://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır. 
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

13.02.2018 17:00 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo