Vitse-spiker: İşçi qrupunun üzvlərini özümlə Ələtə apardım

Leyla Məhərrəmova / AZADİNFORM. “Burada ən çox ziddiyyət iqtisadçılar və hüquqşünaslar arasındadır. Hesab edirəm ki, peşəkar hüquqşünaslar bu məsələyə rəy verməlidir”.

Azadinform xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanun layihəsinin müzakirəsi zamanı yaranan fikir ayrılıqlarına münasibətində deyib.

Deputat vurğulayıb ki, sözügedən qanun layihəsində Konstitusiyaya zidd addım görmür: “Bu layihə nə Elşən Musayev, nə də başqası üçün deyil, investorlar üçündür. Yəni investorlar qaydaları oxuyub gələcək. Dünya təcrübəsində belə bir şey var ki, kim daha çox güzəşt edir,  o da dövlətinə çox qazandırıb”.

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu qanun layihəsinin hazırlanması iqtisadiyyatın liberallaşdırılması istiqamətində atılan ilk addımdır.

O qeyd edib ki, burada konstitusion hüquqların heç biri pozulmur: “Hesab edirəm ki, məsələyə fundamental yanaşmalıyıq”.

Sonda çıxış edən parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, işçi qrupunun üzvlərini özü ilə birlikdə Ələtə aparıb ki, onlar öz gözləri ilə nə baş verdiyini görsünlər: “İki gün ərzində ancaq sual cavab oldu. Əgər biz işimizi beynəlxalq təcrübəyə uyğun qurmasaq, heç bir investor gəlməyəcək”. Vitse-spikerin sözlərinə görə, bu qanun hazırlananda dünyada mövcud olan təcrübə nəzərə alınıb: “Qanun qəbul edildikdən sonra digər qanunlarımızla uyğunlaşma aparılmalıdır. Bizim qanunun beynəlxalq standartlara cavab verdiyinə əmin olduqdan sonra mən onu tətbiq etmək istədim”.

13.02.2018 16:35 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo