Çindən turistlərin cəlb edilməsi üçün memorandum imzalanacaq

Samir Soltanov/AZADİNFOM. “Çindən Azərbaycana turistlərin cəlb edilməsi üçün yaxın vaxtlarda memorandum imzalanacaq”.

Azadinform xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, hər il Çindən 120 milyon turist bir çox ölkələrə səfər edir: “Azərbaycan Çindən qrup şəklində turistlərin cəlb edilməsi üçün memorandum imzalayacaq. Bu ölkəmizin turizm sahəsinə müsbət təsir göstərəcək”.

Nazir qeyd edib ki, Azərbaycan Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizini ölkəyə cəlb etmək istəyir: “Çin ilə Avropa arasında 2016-cı ildə 100 milyon tondan çox yük daşınıb. Bu yüklərin 10-15 faizinin Azərbaycandan keçməklə daşınmasına nail olmaq istəyirik. Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da fəaliyyətə başlayıb”.

 

13.02.2018 16:25 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo