İranlılar türk aktrisasını filmə çəkmək istəyir

Ləman Hüseynzadə / AZADİNFORM. İranlı prodüserlər Nurgül Yeşilçaydan sonra bu dəfə aktrisa Nebahat Çehreni yola gətirməyə çalışırlar.

Azadinform xəbər verir ki, onlar Çehreni filmdə çəkmək istəyirlər. Tehranda çəkiləcək film üçün aktrisanı razı salmağa çalışan iranlılar ekran işinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcəyini qeyd ediblər. 

Məlumata görə, film bir qadının həyatından bəhs edəcək.

Qeyd edək ki, Nebahat Çehre 3 illik fasilədən sonra “Yuvamdakı düşman” serialı ilə ekrana qayıdıb.

13.02.2018 15:51 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo