Ərdoğan Amerikaya: Sizə Osmanlı silləsi dəymədiyi aydındır

Ləman Hüseynzadə / AZADİNFORM. “Bizi vursalar, sərt şəkildə qarşılıq verərik” deyənlərə ömürlərində heç Osmanlı silləsi dəymədiyi aydındır”.

Azadinform xəbər verir ki, bu fikirləri ABŞ ilə bağlı olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyəni ürəkləri istədiyi kimi girib-çıxdıqları, istədiklərini etdikləri yerlərlə səhv salırlarsa, çox yaxında elə olmadığını görəcəklər. Onların düz yanında olanlardan başlayaraq gördüyümüz hər terrorçunu zərərsizləşdirəcəyik. Bax onda terrorçuların yanında olmamağın özləri üçün daha yaxşı olduğunu anlayacaqlar. Buradan Amerika xalqına səslənirəm. ABŞ büdcəsindən çıxan pullar amerikalıların cibindən çıxan pullardır. Bu mövzuda ABŞ xalqının həssaslığını da gündəmə gətirmək istəyirəm”. Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk Menbiçə səfəri zamanı türk ordusunun bölgəyə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirib.

13.02.2018 15:40 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo