Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır

Adəm Abbaslı/AZADİNFORM. Vergilər Nazirliyi ölkənin Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.

Azadinform xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, dəyişikliklər paketi vergi idarəetməsində sahibkarların üzləşdiyi əsas problemlərin həll olunmasına imkan yaradacaq.

Onun sözlərinə görə, dəyişikliklər gələnilki dövlət büdcəsinin formalaşdırılması prosesində müzakirələr üçün təqdim olunacaq: “Əsas diqqət leqal iqtisadiyyata keçidin təmin olunmasına yönəldiləcək. Bu prosesi elə həyata keçirməyi düşünürük ki, bu transformasiya sahibkarlar üçün həm əlverişli olsun, həm də iqtisadi məna kəsb etsin. Bu dəyişikliklərin hazırlanması üçün biz həm sahibkarlarla, həm də hökumət və parlamentlə sıx əməkdaşlıq etməyi planlaşdırırıq”.

13.02.2018 14:25 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
    17.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo