İqtisadi zona Qaradağ azad iqtisadi zonası adlandırılsın

Leyla Məhərrəmova / AZADİNFORM. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin hazırlanması ölkəmizin artan iqtisadi potensialının göstəricisidir.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov sözügedən qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizdə azad iqtisadi zonanın yaradılmasını şərtləndirən birinci  amil – siyasi sabitlik mövcuddur.

Deputat qeyd edib ki, iqtidar tərəfindən əhalinin maraqları qorunur: “İkinci amil isə  əlverişli coğrafi  mövqenin olmasıdır. Zonanın həm dəmiryol xətlərinin kəsişməsində, həm də dənizə yaxın ərazidə yerləşməsi əlverişli mövqeyə sahib olmasını göstərir”. Deputat vurğulayıb ki, qanun layihəsi mükəmməldir. O əlavə edib ki, bu layihə milli iqtisadiyyatımızın inkişafına imkan yaradacaq.

Sonda o təklif edib ki, iqtisadi zona Qaradağ azad iqtisadi zonası adlandırılsın: “Hesab edirəm ki, iqtisadi zonanın Qaradağ adlandırılması strateji cəhətdən daha əhəmiyyətlidir. Bununla Qaradağ sözü dünyanın iqtisadi xəritəsinə düşəcək”.

13.02.2018 14:00 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo