Ələt azad iqtisadi zonası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

Leyla Məhərrəmova / AZADİNFORM. Parlamentin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Azadinform xəbər verir ki, parlamentin vitse-spikeri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib.

O qeyd edib ki, bu sənəd “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən hazırlanıb.

Onun sözlərinə görə, qanun layihəsini “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli Prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlayıb.

Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər: “Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb”.

Qeyd edək ki, qanun layihəsi ətrafında müzakirələr başlayıb.

13.02.2018 13:45 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo