Nazir: Nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin edəcəyik

Samir Soltanov/AZADİNFORM. “Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. Nazirlik “Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin edəcək”. 

Azadinform xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı deyib. 

“Nazirlik üçün əsas məqsəd bu il bütün vergiödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün nazirlik vergiödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lazım olduğu halda kiçik vergiödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq”, - deyə M.Cabbarov vurğulayıb.

13.02.2018 13:27 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
    17.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo