Bələdiyyələrlə bağlı şikayətlərin azalmaması təəssüf doğurur - Qənirə Paşayeva

Leyla Məhərrəmova / AZADİNFORM. Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur. Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva plenar iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı eyni məzmunlu şikayətlərin sayı azalmır.

Deputat vurğulayıb ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək olar. O həmçinin bələdiyyə torpaqlarının  əhəmiyyətindən danışıb və bildirib ki, həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə baxmaq lazımdır.

Deputat sonda qeyd edib ki, vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir.

13.02.2018 13:11 / Baxılıb: 431 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo