Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Adəm Abbaslı/AZADİNFORM. Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında 12 fevralda 2018-ci il tarixində Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib.

ETSN-dən Azadinform-a verilən məlumata görə, reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Saxlanılan yük maşını Cəlilabad rayon Polis Şöbəsinə gətirilib.

Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.

Qeyd olunub ki, mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir və bu cür halların qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

13.02.2018 13:05 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo