Neft bazarının bu il yenidən balanslaşması gözlənilir

Adəm Abbaslı/AZADİNFORM. ABŞ-ın xam neft hasilatındakı artım Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişə - OPEC+ sazişinə təsir göstərmir.

Azadinform xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail bin Mohammed al-Mazroui deyib.

“ABŞ-da şist nefti istehsalının artması qlobal təklif çoxluğunun azaldılması üzrə digər hasilatçı ölkələr tərəfindən göstərilən səylərə mənfi təsir etməyəcək. Güclü tələbat və istehsal kvotalarına dair razılaşma ilə əlaqədar neft bazarının bu il yenidən balanslaşması gözlənilir”, - deyə nazir qeyd edib.

13.02.2018 12:15 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo