Taekvondoçularımız Turkish Open turnirində iki medal qazanıblar

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan taekvondoçuları İstanbulda keçirilən G1 kateqoriyalı “Turkish Open” turnirində uğurla çıxış edirlər.

Azadinform Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, klublararası Avropa çempionatından sonra sayca beşinci olan bu turnirdə gənclərdən ibarət milli komandamızın üzvləri mübarizə aparırlar.

Yarışın ikinci günündə iki idmançımız fəxri kürsüyə qalxmağa nail olub. Bir neçə gün əvvəl klublararası Avropa birinciliyində çempion olan taekvondoçulardan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) yalnız final döyüşündə məğlubiyyətə uğrayaraq yarışı gümüş medalla başa vurublar.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə millimiz bu yarışda da 17 gənc taekvondoçu ilə təmsil olunur.

“Turkish Open” turnirinə fevralın 14-də yekun vurulacaq.

13.02.2018 11:45 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo