"Uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın"

"Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".

Bu barədə bu gün Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8 faiz, vergi daxilolmalarında isə bu 4-5 faizdir.

O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18 faiz , digər yerdə isə 2 faizdir”, - deyə o sual verib. (Azərtac)

13.02.2018 11:35 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
    20.11.2018
    Neft ucuzlaşıb
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo