Deputat: Həmsədrlər təcavüzkara öz yerini göstərməlidir

Leyla Məhərrəmova / AZADİNFORM. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri turist xarakteri daşımamalıdır.

Bu fikri Azadinform-a Milli Məclisin deputatı Musa Qasımlı həmsədrlərin regiona sonuncu səfərini şərh edərkən deyib.

Deputat vurğulayıb ki, vasitəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər etməlidirlər.

M. Qasımlının fikrincə, həmsədrlər təcavüzkara öz yerini göstərməlidirlər. 

Qeyd edək ki, həmsədrlər ötən həftə Bakıda və Yerevanda, Azərbaycanın işğal edilmiş ərazilərində olub, bir sıra görüşlər keçiriblər.

13.02.2018 11:26 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo