Misir Mədəniyyət Mərkəzinin müdiri BMAM-da olub

AZADİNFORM. Misirin Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) qonağı olub.

BMAM-ın Mətbuat katibliyindən Azadinform-a verilən məlumata görə, mərkəzin sədri Rufiz Qonaqovla görüşdə iki dost ölkə – Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılıb. BMAM-nin fəaliyyəti və gördüyü işlər barəsində qonağa məlumat verən Rufiz Qonaqov Misir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb. Görüşdən məmnun olduğunu bildirən misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barəsində geniş söhbət açaraq,  Misirdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

13.02.2018 11:06 / Baxılıb: 458 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2018
18.08.2018
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo