Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

Azadinform xəbər verir ki, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13.02.2018 09:35 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo