XVI turun oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Azadinform Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları iki günü əhatə edəcək.

Turun ilk qarşılaşması fevralın 17-də Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə “Zirə” arasında olacaq. Ertəsi gün lider “Qarabağ” isə səfərdə “Səbail” ilə qarşılaşacaq. Bu, turun son oyunu olacaq. 

Azərbaycan Premyer Liqası

XVI tur

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”

Gəncə şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”

“Bayıl Arena”

12.02.2018 19:57 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo