Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. 

Qeyd olunub ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib. 
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırılır ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək. (Ünvan: Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M).

12.02.2018 18:38 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo