Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib Siyahı

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir:  
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əliyev Azad Hüseyn oğlu – polkovnik

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Qarayev Natiq Sahib oğlu – polkovnik

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu – mayor

Ağayev Rahim Əlifağa oğlu – mayor

Cəfərov Elməddin Qulu oğlu – mayor.

12.02.2018 18:18 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo