Astara polisi 2,5 kiloqramdan artıq tiryək müsadirə edib

Samir Soltanov/AZADİNFORM. Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

Azadinform xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Məlumata görə, fevralın 11-də Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalıq Fəttayev Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 bükümdə 2 ,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edilib. 
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

12.02.2018 17:57 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo