Mixail Saakaşvili Kiyevdə həbs olundu

AZADİNFORM. Bu gün günorta saatlarında Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən Kiyevdə həbs olunub.

Azadinform xəbər verir ki, hazırda Saakaşvilinin tərəfdarları onun azad olunması üçün toplaşırlar.

Qeyd edək ki, iki gün əvvəl Saakaşvili həbs olunaraq Polşaya ekstradisiya olunacağını bəyan etmişdi. O bildirmişdir ki, Ukrayna Miqrasiya Xidməti artıq onun Polşaya ekstradisiyası ilə bağlı sənədlər paketi hazırlayıb.

12.02.2018 17:17 / Baxılıb: 356 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo