Zahid Oruc və Qüdrət Həsənquliyev də prezident olmaq istəyirlər

Adəm Abbaslı/AZADİNFORM. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Azadinform partiyanın saytına istinadən xəbər verir ki, bəyanatda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bildirilir.

Qeyd olunub ki, bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ayda nail ola bilmədiyi dəyişikliklərə son 6 ayda  nail ola biləcəyini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadığını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdığını təəssüflə qeyd edərək, seçkilərdə vahid namizədlə iştirak dair bir sıra partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə qatıldığını və partiyanın sədri, BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir. 

Bəyanatda bildirilib ki, BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edilib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər. 

Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Həmçinin Millət vəkili Zahid Oruc da prezidentliyə namizəd olacaq.

Azadinform apa-ya istinadən xəbər verir ki, Z. Oruc bununla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Z. Oruc müraciətində qeyd edib ki, partiya mənsubiyyətinə malik deyil, lakin Azərbaycan parlamentində böyük fəaliyyət təcrübəsi qazanıb, sadə, əliqabarlı ailənin övladı kimi zəhmətkeş insanların, ölkənin maddi sərvətlərini yaradan çoxluğun təmsilçisidir: “Hakimiyyətə qarşı fərqli ideya-siyasi düşərgədə olduğunu deyənlərdən kənarda milyonla insan heç bir partiyalı vəsiqə daşımır. Elə isə onların birgə səsinə çevrilə bilərik. Ona görə biz heç bir inqilabi yola, düşmənçilik və qisasçılıq yayan baxışlara, müharibəni hakimiyyət dəyişikliyi üçün arzulayan kəsimlərin niyyətlərinə meydan aça bilmərik. Yaxud, xarici müdaxilə vasitəsilə ölkənin taleyini müəyyənləşdirməyə və siyasi münasibətləri aydınlaşdırmağa çalışanlarla bir yerdə olmaq da çətindir. Beləliklə, ötən 27 ildə mətinləşən və böyük siyasi yetkinlik məktəbi keçən xalqımızın ləyaqətli övladlarına güvənərək, bir qrup işıqlı insanı vahid platformada birləşdirmək və onların qiymətli təklif və ideyalarını səfərbər etmək naminə şəxsi təşəbbüsümüzlə prezident seçkilərinə qatılmaq üçün öz namizədliyimizlə çıxış etməyi qərara alırıq. Biz yüzlərlə insanın məsləkdaşımıza çevriləcəyini inanırıq və ümid edirik ki, rəsmi bəyanatımızdan sonra yaradılacaq təşəbbüs qrupuna qoşulan bacı və qardaşlarımızın sayı artacaq”.

12.02.2018 16:20 / Baxılıb: 565 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo