Prezident: Bolqarıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır

Leyla Məhərrəmova / AZADİNFORM. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.

Azadinform xəbər verir ki, bunu Yerevanda səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev deyib.

O qeyd edib ki, münaqişə ilə bağlı Bolqarıstanın mövqeyi aydındır: “Münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi və Avropa İttifaqının yardımı ilə həllini tapmalıdır”. Radev Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dialoq emosiyadan çox müdrikliyə əsaslanmalıdır.

Prezident əlavə edib ki, ölkəsi Aİ Şurasına sədrliyi dövründə bu mövqenin tətbiq edilməsinə kömək edəcək.

12.02.2018 16:01 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo