İnterpol onu axtarır

AZADİNFORM. İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Məlumata görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir. R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan isə istintaqdan yayınıb. Məhkəmə onun həbs olunması və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında R.Sadiqov barəsində beynəlxalq axtarış elan edib.

12.02.2018 15:15 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo