Politoloq: Ermənilərin indi də Gürcüstana ərazi iddiaları var

Leyla Məhərrəmova / AZADİNFORM. Hazırda Rusiya və Ermənistanda seçki prosesinin hazırlığını nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləməyə dəyməz.

Bu fikirləri Azadinform-a politoloq Zaur Məmmədov ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, digər tərəfdən seçkilərlə bağlı hər bir ölkənin Dağlıq Qarabağ münaqişəsinə yanaşması məlumdur.

Z. Məmmədov hesab edir ki, tərəflərin münaqişənin həlli ilə bağlı yanaşması diametral şəkildə fərqlənir: “Ermənistan “Böyük Ermənistan” haqda xəyal edir. Onların indi də Gürcüstana ərazi iddiaları var. Qarabağda məsələni həll edən kimi Cavaxetiya ilə bağlı iddialarını daha da kəskinləşdirəcəklər. Ancaq Azərbaycan XX əsrdəki Azərbaycan deyil. Bu gün Azərbaycan tarixdən dərs almış, dostunu – düşmənini tanıyan bir məmləkətdir. Yaxın bir neçə il ərzində işğal olunmuş əraziləri ermənilərdən azad edəcəyik”. 

Politoloq vurğulayıb ki, biz ATƏT-in Minsk qrupuna münaqişənin həllinə səy göstərmələri ilə bağlı razılığımızı bildirmişik: “Ərazilərimiz işğal olunub, xalqımıza qarşı terror aksiyaları həyata keçirilir. Məgər Rusiya, ABŞ və ya Fransa bu haqsızlığa qarşı susardılarmı? Əmin olsunlar ki, Azərbaycan da susmayacaq. Hər bir onillikdə baş verən siyasi proseslərin öz xüsusiyyətləri var. Bakı artıq mühüm resurslara malikdir”.

12.02.2018 14:35 / Baxılıb: 458 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo