Boykot olunmuşların boykot qərarı

Prezident seçkilərinin elan olunmasından sonra özünü əsas müxalifət adlandıran partiyalar və onların liderləri seçkidə iştirak etməyəcəyini bəyan etdilər. Qəribədir ki, bunun səbəbi barədə suallara  düz əməlli - məntiqi cavab verə bilmirlər. Dediklərindən belə çıxır ki, seçkilərin vaxtının bir neçə ay qabağa çəkilməsi qanun pozuntusudur.

Halbuki, bu, Konstitusiyamıza tam uyğundur və hətta müxalif hüquqşünasları belə bunu etiraf edirlər. Burada heç bir qanun pozuntusu yoxdur. Əksinə, istənilən seçkinin vaxtından daha tez keçirilməsi müxalifətin xeyrinə sayılmalıdır. Çünki onların hakimiyyətə gəlmək imkanları daha tez reallaşa bilər. Təbii ki, əgər bu müxalifət xalqın dəstəyinə ümid edirsə. Lakin bizim müxalifət xalqın dəstəyindən məhrum olduğunu gözəl bilir və ona aydındır ki, seçkilər nə vaxt keçirilir keçirilsin heç 5 faiz də səs toplaya bilməz. Bunu radikal müxalifətin elan etdiyi mitinq və sair aksiyalarda iştirak edən vətəndaşların sayı da aydın göstərir. Bir neçə partiyanın birgə keçirdiyi mitinqlərdə cəmi bir neçə yüz nəfər edir ki, bu da xalqın onlara verdiyi qiymətin real göstəricisidir.

Xalq tərəfindən boykot olunduqdan sonra son illərdə özünü müxalifət adlandıran bu qrupların yeganə işi sosial şəbəkələrdə xalqı, dövlət rəhbərlərini təhqir etməkdən, səviyyəsiz və məntiqsiz kollajlar, karikaturalar və yalan məlumatlar uydurub yaymaqdan ibarətdir. Maraqlıdır ki, həmin səhifələrdə paylaşılan materiallara yazılan şərhlərin 90 faizində istifadəçilər onları qınayır, yazdıqlarının səhv olduğunu əks arqumentlərlə sübut edirlər. Bu da onun göstəricisidir ki, bu adamlar hətta azad informasiya məkanı olan internetdə belə heç bir dəstək ala bilmirlər.

Bunların siyasi mübarizə təfəkkürü saxta adlar və profillərlə sosial şəbəkələrdə təhqiramiz fotomontajlar paylaşmaq və yalan məlumatlar yaymaqdan ibarətdir. Bu təfəkkürlə nəinki prezident seçkilərindən qalib gəlmək, heç adi bələdiyyə sədri də seçilmək olmaz. Bunu özləri də yaxşı bilir ki, artıq xalq tərəfindən boykot olunaraq siyasi meydandan silinib atılıblar, indi belə ucuz yollarla özlərini təsdiq etmək və xarici ağalardan “hakimiyyətə əsas rəqib bizik” deyə pul almağa çalışırlar. Buna görə də, gücü veriblər sosial şəbəkələrdə təhqir və böhtana.

Görəndə ki, xalq bu yaydıqları dezolara və təhqiramiz şəkillərə çox pis reaksiya verir, səhvlərini düzəltmək əvəzinə həmin şəxsləri trol adlandırıb təhqir edirlər və onlardan daha ağıllı əks arqument qoyanları isə blok edirlər ki, bir də yaza bilməsin.

Şəxsən mən özüm bir neçə dəfə bu səhifələrin yazdığına paylaşdığına mədəni şəkildə şərh yazıb iddia olunan məsələyə əsaslı əks arqumentlər qoymuşam, faktın əslini yazıb göstərmişəm ki, paylaşdığınız məlumat səhvdir. Bunlar da məni blok qoyublar. Ay sizin demokratiyanıza...

Sizin mədəni şəkildə bildirilmiş irada dözümünüz yoxdur, siz hansı üzlə hakimiyyətə gəlmək istəyirdiniz ki? Adi bir səhifədə belə diktatura yaradıb əks fikirli adamları boykot edirsinizsə, gör siz Allah eləməmiş hakimiyyətə gəlsəniz nə edərsiniz.

Misal üçün seçkini boykot çağırışına yazmışam ki seçkinin tez olması daha yaxşı, iştirak edin qalib olub, daha tez hakimiyyətə gəlin. Bunu niyə həzm edə bilmirsiniz? 

Əli Kərimli və onun 5-10 nəfərdən ibarət şaykasının edə biləcəyi elə budur. Öz xalqına yox, Amerikan ağaların gücünə, puluna arxalanıb hakimiyyətə gəlmək istəyən psixi xəstələrə Kefli İsgəndərin sözü ilə cavab vermək istəyirəm - tfu sizin üzünüzə, ölülər.


Elçin Bayramlı

12.02.2018 13:35 / Baxılıb: 781 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo