Amerikalı ekspert: Həmsədrlərin son səfəri danışıqlar masasına yeni heç nə gətirməyib

Leyla Məhərrəmova / AZADİNFORM. “ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin müşayiəti ilə Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edib. Lakin bu səfər danışıqlar masasına yeni heç nə gətirməyib”.

Bu fikirləri Azadinform-a açıqlamasında ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib.

O qeyd edib ki, Azərbaycanın günahsız vətəndaşları və qaçqın və məcburi köçkünlər beynəlxalq birliyin diqqətsizliyi, Ermənistandakı rejimin terrorçu niyyəti və Minsk qrupu həmsədrlərinin tətbiq etdiyi ikili standartlara görə ağrı içərisində yaşayır: “Təəssüf ki, biz yenə Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfərindən eyni nəticələri eşidirik”.

P. Teys əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın qanayan yarasıdır və bu ərazilər hər zaman Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaq.

Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyəti Qafqazda sülh və stabilliyə böyük dəstək verir.

12.02.2018 11:32 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo