Zeytun budağı əməliyyatında 1369 terrorçu məhv edilib

Samir Soltanov/AZADİNFORM. Türkiyə Silahlı Qüvvələri (SQ) “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə kimi 1369 terrorçunu məhv edib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 24-cü günündə daha 2 kənd terrorçulardan təmizlənib: “Ötən gün Türkiyə ordusuna məxsus qırıcılar tərəfindən 19 hədəf məhv edilib. Türkiyənin Hatay bölgəsinin qarşısında yerləşən terrorçulara məxsus səngərlər top atəşi ilə vurulub”.

12.02.2018 11:16 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo