Səfər Liverpula düşərli, Mançester Yunaytedə düşərsiz oldu

Adəm Abbaslı/AZADİNFORM. Fevralın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVII turu çərçivəsində üç oyun keçirilib.

Azadinform xəbər verir ki, çempionatda ikinci pillədə qərarlaşan "Mançester Yunayted" komandası səfərdə "Nyukasl Yunayted"lə qarşılaşıb. Oyun meydan sahibərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. "Nyukasl Yunayted"in heyətində 65-ci dəqiqədə Mat Riçi fərqlənib. Bu nəticədən sonra ikinci sıradakı "Mançester Yunayted"lə çempionatın lideri "Mançester Siti" arasındakı xal fərqi 16-ya çatıb.

Günün digər oyununda dördüncü sırada yer alan "Liverpul" rəqib meydanında "Sauthempton"la görüşüb. Matçda "Liverpul" rəqibini 2:0 hesabı ilə məğlub edib. Görüşün 6-cı dəqiqəsində "Liverpul"un futbolçusu Firmino hesabı açıb. Otuz altı dəqiqə sonra Məhəmməd Salah hesab arasındakı fərqi artırıb – 2:0. "Liverpul"un futbolçularının bu əzmkar qələbəsindən sonra komanda xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində "Tottenhem"i qabaqlayaraq üçüncü pilləyə yüksəlib.

Bu gün keçirilən ilk qarşılaşmada "Haddersfild" komandası "Bornmut"a böyük hesabla qalib gəlib - 4:1.

Qeyd edək ki, hazırda İngiltərə çempionatında turnir cədvəlinə 72 xalla "Mançester Siti" liderlik edir. "Mançester Yunayted" 56 xalla ikinci, "Liverpul" 54 xalla üçüncü, "Tottenhem" 52 xalla dördüncü pillədə yer alıblar. Bir oyun az keçirən "Çelsi" isə 50 xalla beşinci sıradadır.

12.02.2018 09:40 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo