200 cinayət faktının 27-si isti izlərlə açılıb - İstirahət günlərində

Adəm Abbaslı/AZADİNFORM. Fevralın 10-12 tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

DİN-dən Azadinform-a verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb".

12.02.2018 09:05 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo