Salyan sakinindən tiryək götürülüb

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb.

Salyan rayon Polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər H.Z.Tağıyev küçəsi, ev 61-də yaşayan Əliyev Natiq Həmdulla oğlu yaxalanaraq şöbəyə gətirilib.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 5 ədəd salafan bükümdə, ümumi çəkisi 12,974 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan sonra onun evinə axtarış keçirilən zamanı ikinci mərtəbədə yerləşən otaqdan 1ədəd salafan bükümdə ümumi çəkisi 30,535 qram olan tiryək aşkar edilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (report)

11.02.2018 15:19 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo