Xəzərdə "süd qasırğası" qeydə alınıb

NASA Xəzərdə anomal proses sayılan "süd qasırğası"nın fotoşəklini dərc edib.  

Azadinform-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, fotoşəkil yanvarın 9-da "Terra" kosmik aparatı ilə çəkilib.

NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin təkindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində "süd kölgəsi" yaradır. Alimlər bu təbiət hadisəni araşdırmağa çalışır. Bu anomal proses balıqçılığa mənfi təsir göstərə bilər.

NASA peyk təsvirlərinin Xəzərdə monitorinq üçün əsas üsul olduğunu açıqlayıb.

11.02.2018 10:17 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo