Cəlilabadda iribuynuzlu heyvanlar və atlar oğurlanıb

AZADİNFORM. Cəlilabadda vətəndaşlara məxsus təsərrüfatdan iribuynuzlu heyvanlar və atlar oğurlanıb.

Azadinform-a verilən məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini İlqar Qarayevə məxsus fərdi təsərrüfata daxil olan naməlum şəxs və ya şəxslər oradan bir iribuynuzlu heyvanı oğurlayıblar. Təsərrüfat sahibi isə hadisədən səhər saatlarında xəbər tutub.

Bu İlqar Qarayevin təsərüfatında ilk hadisə deyil. Belə ki, bir müddət əvvəl də onun təsərrüfatından bir baş inək oğurlanıbmış.

Analoji hadisə kənd sakini Asif Əliyev və Şəmsəddin Kərimovun da başına gəlib. Axşam satlarında onların təsərrüfatından isə atları oğurlanıb.

Hər 3 faktla bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində axtarışlar davam etdirilir.

10.02.2018 14:28 / Baxılıb: 208 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.08.2018
19.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo