Suriyada İsrailə məxsus F-16 vurulub

Samir Soltanov/AZADİNFORM. Suriya hava müdafiə sistemləri tərəfindən İsrailə məxsus F-16 qırıcı təyyarəsi vurulub. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İsrail ordusunun Baş Qərargahından verilən açıqlamada isə bildirilir ki, nəzarət sistemi Suriyada yerləşən, İran tərəfindən isə idarə edilən PUA-nı hədəf alan F-16 təyyarəsi vurulub. Məlumata görə, təyyarədəki iki pilot İsrailin şimalında bir ərazıyə düşüb və xilas ediliblər. 

Qeyd edək ki, Suriya TV-ləri bir neçə təyyarənin vurulduğunu söyləsə də, İsrail ordusu bu iddianı təkzib edərək sadəcə 1 qırıcının vurulduğunu bildirib.

10.02.2018 11:55 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo