111 cinayət faktından 17-si isti izlərlə açılıb

Samir Soltanov/AZADİNFORM. Fevralın 9-dən 10-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. 

DİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, ötən gün axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.  
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.  
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

10.02.2018 10:08 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo