Cənubi Koreya və KXDR arasında tarixi görüş

Samir Soltanov/AZADİNFORM. Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşmək üçün dövlət başçısının Seuldakı iqamətgahına gəlib. 

Azadinform apa-ya istinadən xəbər verir ki, Şimali Koreyanın nümayəndə heyətinə ölkə rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon başçılıq edir. 

Məlumata əsasən, danışıqlardan sonra Mun Çje İn və Kim Yo Çjon hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nahar edəcəklər. Bu, KXDR liderinin ailə üzvünün Cənubi Koreyaya ilk səfəridir. Bundan əvvəl Cənubi Koreyanın prezidenti və KXDR rəhbərinin bacısı Pxençxanda Qış Olimpiya Oyunlarının açılış mərasimində bir-birilərinin əllərini sıxıblar.

10.02.2018 09:45 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo