YAP namizədinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim etdi

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə Azadinform-a YAP-dan məlumat verilib.

Məlumatda bildirilir ki, YAP-ın 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib.

Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP sədri, prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

9.02.2018 16:58 / Baxılıb: 331 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo