Həftənin siyasi mənzərəsi Ağ Yolda mühüm müzakirələrə səbəb olub

Adəm Abbaslı/AZADİNFORM. Sosial şəbəkələrdə böyük auditoriyası olan “Ağ Yol” Vətəndaş Hərəkatı özünün eyni adlı “Facebook” qrupu və səhifəsində bu həftə mühüm müzakirələr aparıb.

“Ağ Yol”dan Azadinform-a verilən məlumata görə, həftənin əsas müzakirə mövzusu olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 11 aprel tarixində keçiriləcək prezident seçkisi ilə bağlı sərəncamı ətrafında geniş polimikalar aparıb. 

Prezident seçkisinə ilk şərh Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən verilib. Prezidentin köməkçisi seçkinin elan edilməsi haqqında sərəncamda nəzərdə tutulmuş məsələlərin Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğunluğunu vurğulayıb.

Seçki ilə bağlı geniş müzakirələrə yer ayıran “Ağ Yol” Vətəndaş Hərəkatının qrup və səhifəsində rəy bildirən siyasətçilər, millət vəkilləri, politoloqlar, ziyalılar, müxtəlif  mövqeyə sahib vətəndaşlar  müxtəlif rəylər bildiriblər. Minlərlə sosial şəbəkə istifadəçisi bu seçkinin keçirilməsinin vacibliyini qeyd ediblər. 

Sosial şəbəkə istifadəçiləri arasında xüsusi marağa səbəb olan müzakirələrdən biri də Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, Rusiya İctimai Palatasının üzvü olmuş Maksim Şevçenkounun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölüşdüyü qənaəti olub.

"Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır", - deyə vurğulayan rusiyalı jurnalist və ictimai-siyasi xadimin fikirlərindən aydın oldu ki, ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir. Bu fakt Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının gündən-günə artdığını göstərir. 

Video görüntüsü ilə "Ağ Yol" qrup üzvlərinə təqdim olunan bu xəbərin müzakirəsi də çoxsaylı rəylər ilə nəticələnib. “Ağ Yol” Vətəndaş Hərəkatının sosial şəbəkə fəalları rusiyalı politoloqun birmənalı fikirlərini əsaslandıraraq işğalçı ölkənin əsl mahiyyətini digər faktlarla öz fikir və rəyləri ilə sübuta yetiriblər.

9.02.2018 12:32 / Baxılıb: 661 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo