Gömrük Komitəsi büdcəyə ödədiyi məbləği açıqlayıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 226 mln. 88,3 min manat təşkil edib. 

DGK-dan Azadinform-a verilən məlumata görə, 2017-ci ilin yanvar ayı ilə müqayisədə daxilolmalar 51 mln. 125,7 min manat və ya 29,96% çoxdur. 
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,6 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 018,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə isə 2 mln. 818,1 min manat təşkil edib.

9.02.2018 10:10 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo